r/aze_geeks • u/newe_satmayan • 1h ago
Söhbət /Discussion İnsanlar danisarken istemeden esitdiyiniz en qeribe sohbet ne olub?
.
r/aze_geeks • u/newe_satmayan • 1h ago
.
r/aze_geeks • u/AssociationOrganic10 • 2h ago
Salam mən div academydə “data analitika” proqramının qiymətini öyrənmək istəyirəm, özləri konsultasiyasız demir, getməyə axot yoxdu :d
r/aze_geeks • u/Nureddinn • 2h ago
Berserk Deluxe Edition vol. 1 əldə etmək istəyirəm. Bakıda haradan tapa bilərəm və ya sifariş üçün hansı sərfəli üsullar məsləhət görürsünüz?
r/aze_geeks • u/Alik7252 • 13h ago
30 yaşım tamam oldu və bu şəhərdə sıxılıram artıq kim eyni hissi yaşayır paylaşsın
r/aze_geeks • u/newe_satmayan • 20h ago
Yaxinlarda davam olacag mene pizdes sozler deyin hansiki reqibe o sozu deyende mat qalsin
r/aze_geeks • u/soldi333r • 16h ago
r/aze_geeks • u/rbaratli59 • 18h ago
İnsanların əksəriyyəti nişan zamanı brilyant üzük bağışlamağı min illik müqəddəs ənənə, brilyantın özünü isə təbiətin ən nadir möcüzəsi hesab edir.
Halbuki kimyəvi baxımdan o, yüksək təzyiq altında sıxılmış karbondur, təbiətdə isə iddia edildiyi qədər nadir deyil.
Bu "qədim ənənənin" yaşı əslində bir əsrdən də azdır və o, romantik şairlərin qələmindən yox, iqtisadi böhrandan çıxış yolu axtaran korporativ iclas otaqlarından doğulub.
XIX əsrin sonlarında Cənubi Afrikada böyük almaz yataqları aşkarlanmışdı. Bazara həddindən artıq almaz çıxması onların qiymətini aşağı salmaq təhlükəsi yaratmışdı.
1930-cu illərin sonlarında dünya xam almaz təchizatının böyük hissəsinə nəzarət edən "De Beers" şirkəti ciddi dalana dirəndi. Şirkət qiymətləri yüksək saxlamaq üçün daşların bazara çıxışını qəsdən məhdudlaşdırır və süni qıtlıq yaradırdı, çünki anbarlardakı real həcm üzə çıxsa, bahalıq illüziyası dağılacaqdı.
Lakin Böyük Depressiya dövründə satışlar çökmüşdü. 1939-cu ildə ABŞ-da ilk dəfə ailə quran gəlinlərin cəmi 10 faizinə brilyant nişan üzüyü alınırdı, qalanları ya sadə qızıl halqa, ya da yaqut və sapfir seçirdi.
"De Beers" 1938-ci ildə Filadelfiyadakı "N.W. Ayer & Son" reklam agentliyinə müraciət edərək qeyri-adi tapşırıq verdi.
Konkret bir brendi deyil, birbaşa brilyant ideyasının özünü insanların şüurunda vazkeçilməz mədəni ehtiyaca çevirmək.
1947-ci ilin yorğun bir axşamında agentliyin kopirayteri Frensis Gereti kağız parçasına cəmi dörd söz yazdı:
"A Diamond is Forever" ("Brilyant əbədidir").
Bu şüarın arxasında romantikadan daha çox, bəşər tarixinin ən soyuqqanlı iqtisadi hesablaması dayanırdı. "De Beers" üçün ən böyük təhlükə rəqib mədənlər deyil, insanların əllərindəki köhnə brilyantları təkrar bazara çıxarması idi.
Əgər milyonlarla insan istifadə etdiyi üzüyü geri satmağa başlasa, bazar dolub-daşar və qiymətlər kəskin şəkildə çökərdi. "Əbədi" sözü məhz bu səbəbdən seçildi:
"Əgər brilyant ölməz sevginin rəmzidirsə, onu satmaq sevgiyə xəyanət etmək deməkdir."
Beləliklə, şirkət cəmi dörd sözlə milyonlarla insanı, daşları ömürlük saxlamağa, yəni təkrar satış bazarını öz əlləri ilə məhv etməyə razı saldı.
Ardınca kütləvi mədəni mühəndislik işə düşdü. Hollivud ulduzlarının barmaqlarına brilyant taxıldı, romantik filmlərə brilyantlı səhnələr yerləşdirildi.
Kişilərin şüuraltına isə sıfırdan uydurulmuş riyazi bir günahkarlıq düsturu yeridildi:
"Ciddi sevginin ölçüsü kişinin iki aylıq maaşı dəyərində üzük almasıdır. Kim bundan az xərcləyirsə, deməli, hissləri də kifayət qədər dərin deyil".
Bu psixoloji proqramlaşdırmanın gücünü Yaponiya nümunəsi bütün çılpaqlığı ilə göstərir. 1959-cu ilə qədər Yaponiyaya almaz idxalına belə icazə verilmirdi.
1967-ci ildə "De Beers" ölkədə kampaniyaya başlayanda yapon gəlinlərinin 5 faizindən azı brilyant üzük alırdı. Cəmi 14 il sonra, 1981-ci ildə bu göstərici 60 faizi keçdi. Bir reklam strategiyası 1500 illik yapon evlilik ənənəsini onillik ərzində dəyişdirdi. ABŞ-da isə 1990-cı ilə qədər nişan üzüklərinin 80 faizindən çoxu brilyant oldu.
Bu mifin nə qədər kövrək olduğunu yoxlamaq üçün uzun fəlsəfi mübahisəyə ehtiyac yoxdur, sadə bir təcrübə kifayətdir. Bu gün mağazadan bahalı bir brilyant üzük alıb, sabah geri satmağa çalışın. Eşidəcəyiniz qiymət sizə bir həqiqəti soyuq şəkildə sübut edəcək. Ödədiyiniz məbləğ nadir bir mineralın deyil, XX əsrin ən bahalı hekayəsinin haqqıdır.
Hekayənin ən kəskin ironiyası isə pərdə arxasında gizlənir.
"Brilyant əbədidir" cümləsi ilə bütün dünyanı əbədi sevginin qiymətinin bir daşla ölçüldüyünə inandıran Frensis Gereti ömrü boyu heç vaxt ailə qurmadı.
Mənbələr:
Edward Jay Epstein, "Have You Ever Tried to Sell a Diamond?" (The Atlantic, 1982)
Courtney Sullivan, "How Diamonds Became Forever" (The New York Times, 2013)
r/aze_geeks • u/Tunca13 • 12h ago
Şəkillərlə giflərlə ya da normal yazı ilə fərq etməz
r/aze_geeks • u/Alive-Pomegranate484 • 20h ago
r/aze_geeks • u/TheHumanAynar • 17h ago
Məktəbdəki həm qısa həm rahatdı
r/aze_geeks • u/ProperProduce9571 • 1d ago
11-ci sinifdə oxuyuram. Məktəbdə bir uşaq var, demək olar ki, gücü çatdığı hamıyla zorbalıq edir. Özü hamıyla zarafat edir, amma kimsə onunla zarafat edəndə əsəbiləşib “gijdillaq, başını gedərəm, çənəni dağıdaram” kimi sözlər deyir.
Bu gün dərsdə partada oturmuşdum, gəlib dedi dur burdan, mən oturacam. Dedim get öz yerində otur da. Yenə israr elədi, mən durmadım. Sonra mənə hədələyici sözlər dedi, ayağıma da vurdu ki, çəkim. Mən yenə fikir vermədim.
Sonra fiziki tərbiyə dərsi oldu. Uşaqlar futbol oynayırdı, mən dostumla basketbol oynamaq istəyirdim. Müəllimdən basketbol topu istədik, amma həmin uşaq gəlib bizə qışqırdı ki, futbol oynayacağıq, burdan çıxın. Mən yenə fikir vermədim, topu götürüb basketbol oynamağa başladım.
Bir müddət sonra gəlib topun səsinin onu narahat etdiyini dedi. Yenə fikir vermədim. Sonra gəlib məni boğucuya saldı. Mən heç nə etmədim, çıxandan sonra topu götürüb yenə oynamağa davam etdim. O isə bundan sonra da gəlib-gedib söz atmağa davam etdi.
Müəllimə demək istəmirəm, çünki məktəbdə belə şeylərə görə adama suka, şikayətçi deyirlər. Dava da etmək istəmirəm, amma artıq bezdirir.
Sizcə, belə vəziyyətdə nə etmək lazımdır? Hər dəfə fikir verməyib yola vermək düzgündür, yoxsa başqa cür davranmalıyam?
r/aze_geeks • u/Hungry-Date-6982 • 1d ago
Yoldaşlar deməli mən inşaat mühəndisliyini bitirmişəm artıq 2 ildi, əsgərlik də çəkmişəm. Əsgərlikdən sonra sayısız yerə Cv atmışam ama heç yer çağırmır üzümə belə baxmırlar minimum 2 ya da 3 il staj istəyirlər. Universiteti qurtarandan bəri qrup yoldaşlarımın əksəriyyəti iş tapdı hansı ki adam sayəsində. Kimnən soruşuram deyir tanış sayəsində girdim işə. O gün hələ bir qrup yoldaşımla şəhərdə rastlaşdım deyir harda işləyirsən deyirəm satış sahəsində fln gündə biryerdə deyirəm sən harda işləyirsən deyir inşaatda deyir nəcəb bir iş tapmamısan inşaat üzrə deyirəm sən necə iş tapdın deyir tanışım var idi. Yəni bu dialoq belə məncə hərşeyi açıqlıyır. Görəsən bu şirkətlər niyə belə edir axı. Niyə görə bu sahə bu qədər bədbaxtdır
r/aze_geeks • u/ClandestinO1O • 1d ago
Salam,Bu gün bacım vəfat edən gündür.Mən adım Çingizdir,16 yaşım var.Bacım mən 10 yaşında olanda xərçəngdən vəfat etdi.6 il əvvəl o gün çox duyğusuz idim.Sanki nələr baş verdiyini başa düşmürdüm ancağ 1 il sonra ölümü, həyatı dərk etdim.Onda bacıma olan sevgim ve həsrətim artdı.11 anam və atam bir-birindən ayrılandan sonra depressiyaya düşdüm.Ortanca Bacım məni psixoloğa aparmışdı.O gün həyatımdakı ən ağır ağlamağım idi ancağ bacımı heç vaxt statusa qoymağ istəmədim.Elə edən zaman sanki itirdiyimiz insanı göz qabağına qoyurmuş kimi hiss etdim.İtirdiyim insan var məni simpatiya,sevgi verin deyirmiş kimi gəlirdi bunu etmək.Digər tərəfdən mənim üçün çətin olan şey tez-tez ağlamağımdı özümdən asılı deyil.Anidən olur.Bu gün 3 dənə hazırlığım var və belə bir şeyin yaşanmasını istəmirəm.Mənə kömək edin.Məsləhət verin xaiş edirəm.
r/aze_geeks • u/Intrepid-Midnight562 • 23h ago
Niyə kənddən şəhərə köçən bəzi insanlar qısa müddətdə möhtəşəm həyat yaşayır, amma şəhərdə doğulub böyüyən insanlar eyni lüksə illərlə nail ola bilmirlər?
Tanıdığım bir çox kəndli qız var. Bakıya köçdükdən cəmi 2-3 il ərzində şəhərdə doğulub böyüyən insanların 20 ilə əldə edə bilmədiyi populyarlığa, pula, lüks evlərə, avtomobillərə və yüksək səviyyəli çevrəyə sahib oldular. Halbuki kənddə olduqları vaxt daha kasıb, sıradan və məhdud imkanlarla yaşayan insanlar idilər. Bakıdaki kimi gözel qebul edilmirdiler Bu fərq məni həqiqətən düşündürür sebebi nedir,fikir versəniz Çox məhşurlar (Tiktoker,Bloger,Müğenni) və vəzifəlilər də kəntdən gələnlərdi
r/aze_geeks • u/NateFisher13 • 16h ago
Deməli bir ara qızla instagramlarımız birbirimizə vermişdik. Bu müddətdə öz gmail hesabımı əlavə etmişdim onun hesabına. Ayrılandan 1-2 gün sonra yadıma düşdü ki, gmailimi əlavə etmişdim, yoxlayım. Və budur, daxil oldum hesaba. Qısa müddətə özünə danışmağa birini tapmışdı...
r/aze_geeks • u/siphonezaded • 1d ago
Any azerbaijani living in Italy here? How is the life? Socialisation? Jobs? Im always hearing negative comments but I still see people going to italy for uni and then staying for job. Just wondering whether its just too polarised here
r/aze_geeks • u/INTENTj • 1d ago
Does anyone have any idea how can I get my hands on a brand new PS5 Pro in Baku at MSRP? Cheapest one I could find locally costs 2.799 in PlayRoom. Freight forwarding is not an option too, at least for now, since it is out of stock everywhere
r/aze_geeks • u/Familiar_Quality9888 • 1d ago
Salam, Honeywell işlədən servis axtarırdım bu mağaza çıxdı instagram’da qarşıma, bura haqqında məlumatı olan var mı? Necə işləyirlər, səliqəlidi mi, evə gedim ki ram’ların biri yoxdu falan olsun istəmərəm, yada ümumən başqa məsləhətli servis bilən varsa deyə bilər?
r/aze_geeks • u/Altruistic_March5100 • 1d ago
hamınıza salam , yanvar ayında 18ay herbi xidmet üçün azerbaycana gelirem , esgerliye gedib gelenler üçün bir neçe sualım var. zehmet olmasa cavablayabilersiz ?
ortam necedi ? çox sıxışdırırlar yoxsa rahat keçir ? ağlı başında olan , buyurulan işi eliyen adamla işleri var yoxsa yoxdu ?
yemekler necedi ? çox yemek seçen deyilem ama en çoxda yemekleri merak eliyirem.
izin günleri necedi ? nevaxtdan nevaxta neqeder izin verirler ?
heç izin almasaq , esgerlik daha tez bitir yoxsa elaqesi yoxdu ? işletsen de işletmesen de hertürlü 18ay çekirsen ?
telefon tamamen imkansızdı yoxsa soxmanın bir yolu var ? meselen eger mümkündürse ilk neçe aydan sonra telefon soxabilerem ? telefon soxmaq üçün nelere diqqet elemeliyem ? kamandirle aramı yaxşı tutmaq bes eliyer ?
esgerdeyken maaş zad var (meselen aylık 50-100 manat fln) yoxsa heç yoxdu ?
esgerlik bitenden sonra esgerliyin izleri qalır yoxsa tamamen unudub rahatlayırsan ?
cavablarınız üçün indiden teşekkür edirem. axşamınız xeyir hamınızı sevirem.
r/aze_geeks • u/wildandverypoetic • 1d ago
so cambly is an online english learning app where students have online sessions. I want to apply for cambly kids as a tutor. The only certificate I have is my 8.0 Ielts though. I just don’t have a clear accent. My accent is in fact good compared to other azerbaijani english speakers, but it is not giving “native”
r/aze_geeks • u/Happy-Window-7292 • 2d ago
Ürəyim çox sıxılır eee neyniyim sıxılmasın? Marağlı nəsə deyin qəşəy interesni😛
r/aze_geeks • u/rudynba • 1d ago
Well, its a little hard to explain, but people who have lived abroad for a considerable amount of time will probably understand the feeling, THE VIBE to be more specific…
So basically, I moved back a little over a year ago, and initially, there was so much to deal with like the drive to find a job, figure out some side hustles, blah, blah, blah.
Fast-forward to 2026, and I’ve found myself stuck with this feeling for the past 5–6 months. Im slowly realising how little there is to do in the city. Even occasional trips to the rayons dont really help n i know part of the reason could potentially be having little to no friends to meet up with, BUT HERE COMES THE SECOND PART.
The culture around social gatherings, communities, and recreational activities here feels almost nonexistent. I genuinely cant remember the last time I willingly went to an event just to socialise. Not networking, not attending summits, BUT ACTUALLY SOCIALISING. If there are some ppl out there for whom it clicked, lmk ur experience too; and ofc i know that in this era of gatekeeping, i probably shouldnt expect much, but being nice costs nothing, and DMs are always open :)
r/aze_geeks • u/akagaami • 1d ago
r/aze_geeks • u/Primary_General_945 • 2d ago
Ən doğru qərarlarınız, ən böyük səhvləriniz və nəyə görə təəssüfləndiyiniz barədə danışın.