r/aze_geeks • • 1h ago

Memes/Memlər Jshfdjdjf

Post image
10 Upvotes

r/aze_geeks • • 2h ago

Söhbət /Discussion Google VAT

5 Upvotes

Bu ədvni ləğv eləmədilər? 15% tutur hələdə.

Bir dəfə tutdu, amma 2 gün sonra bir də ödəniş etdim, bu dəfə tutmadı. Banka yazdım, onlarda məndən soruşurki tutmalıdır ya yox

r/azerbaijanda qoz qoyan olmadı deyə Reddit deyir burda soruş


r/aze_geeks • • 4h ago

Life/Həyatdan Artıq danışan biri var dalaşmağı seçmək istəmirəm(balacadırlar) nə tövsiyə edərsiz

Post image
7 Upvotes

Aramda onlarla zarafatım olmadığı halda artıq danışmışdılar.Bunlarla dalaşmaq istəmirəm çünki

1.Mən 17 onlar 13 yaşlarındadı

2.Dalaşsam bu gijlər bıçaqla gələr

3.Qaçacaqlar onsuz

Nəysə bunları(ifadəmə görə üzr istəyirəm) necə s*** bilərəm ağlınızda maraqlı nə taktika var.Çünki hələdə davam edirlər.(Valideyn şikayəti boşunadır çünki heç veclərinədə almazlar bilirəm(2 si bu yaşında siqaret 1 də elektron qəlyan çəkir))


r/aze_geeks • • 5h ago

Söhbət /Discussion İnsanlar danisarken istemeden esitdiyiniz en qeribe sohbet ne olub?

Post image
8 Upvotes

.


r/aze_geeks • • 1h ago

Tech/Texnologiya Bakida ucuz yaxsi notebook tukani bilen var? Kreditede versin.

3 Upvotes

r/aze_geeks • • 6h ago

Question/Sual Div academy

6 Upvotes

Salam mən div academydə “data analitika” proqramının qiymətini öyrənmək istəyirəm, özləri konsultasiyasız demir, getməyə axot yoxdu :d


r/aze_geeks • • 1h ago

Söhbət /Discussion Petrol sektorunda (BP/SLB/HALliburton ves.) isleyen tecrubeli insanlar melumat verebilersiniz mi ?

Post image
2 Upvotes

r/aze_geeks • • 4h ago

Söhbət /Discussion Yaradıcı qüvvə

3 Upvotes

Həe hansısa yaradıcı bir qüvvənin mövcudluğu haqqında düşüncələriniz nədir? Sizcə yaradıcı var ya yoxdu? Yoxsa varlığı və yoxluğu bilinməzdir? Əgər varsa bu yaradıcı hər hansısa dində keçən bir yaradıcıdır? Əgər hər hansısa dindən bağımsız bir yaradıcı düşünürsünüzsə bu yaradıcının xüsusiyyətləri nədir?(məsələn - sonsuz gücə sahib olması, kainatı yaratması - kimi bütün xüsusiyyətlərini sadalaya bilərsiniz?) və ən əsası düşüncənizi məntiq və ya elmi yolla əsaslandıra bilərsiniz?


r/aze_geeks • • 2h ago

Games/Oyunlar minecraft oyunculari lazimdi

2 Upvotes

salam, mc oyuncular axtariram azede bilirem coxdu amma busefer meqsedim ferglidi, boyuk build proyektler hazirlamaq isteyirem lakin tek maraqsiz olur saatlarla blok qaz blok qoy sıxılır adam, hem builder komekci hemde türkler demisken yaxsı kafa dengi adamlar olsa yaxşı olar bele 2-3 alınsa lap çox adam 5 6 əla olardı. birdr gelecek olanların minecraft bilgisi çox olsa lap da gözəl olardı, ən çox farm texniki biliyi lazım olacaq. maraqlananlar varsa yazın başlıyaq


r/aze_geeks • • 7h ago

Question/Sual Berserk Deluxe Edition Vol. 1 necə əldə edə bilərəm?

3 Upvotes

Berserk Deluxe Edition vol. 1 əldə etmək istəyirəm. Bakıda haradan tapa bilərəm və ya sifariş üçün hansı sərfəli üsullar məsləhət görürsünüz?


r/aze_geeks • • 6h ago

News/Xəbərlər WAD XEBER

Thumbnail reddit.com
2 Upvotes

Davada qalib geldim🎉🎊🎉🎊


r/aze_geeks • • 18h ago

Söhbət /Discussion Salam

8 Upvotes

30 yaşım tamam oldu və bu şəhərdə sıxılıram artıq kim eyni hissi yaşayır paylaşsın


r/aze_geeks • • 1d ago

Help/Kömək Dava zamanı deyiləcək Пиздеc sözlər

16 Upvotes

Yaxinlarda davam olacag mene pizdes sozler deyin hansiki reqibe o sozu deyende mat qalsin


r/aze_geeks • • 21h ago

Söhbət /Discussion Moderatorun verdiyi səbəbin postla nə əlaqəsi var axı?

Post image
7 Upvotes

r/aze_geeks • • 23h ago

Books/Kitablar İstehlakçı və Romantik miflər şüurumuza necə yeridildi?

Thumbnail
gallery
9 Upvotes

​İnsanların əksəriyyəti nişan zamanı brilyant üzük bağışlamağı min illik müqəddəs ənənə, brilyantın özünü isə təbiətin ən nadir möcüzəsi hesab edir.

Halbuki kimyəvi baxımdan o, yüksək təzyiq altında sıxılmış karbondur, təbiətdə isə iddia edildiyi qədər nadir deyil.

Bu "qədim ənənənin" yaşı əslində bir əsrdən də azdır və o, romantik şairlərin qələmindən yox, iqtisadi böhrandan çıxış yolu axtaran korporativ iclas otaqlarından doğulub.

XIX əsrin sonlarında Cənubi Afrikada böyük almaz yataqları aşkarlanmışdı. Bazara həddindən artıq almaz çıxması onların qiymətini aşağı salmaq təhlükəsi yaratmışdı.

1930-cu illərin sonlarında dünya xam almaz təchizatının böyük hissəsinə nəzarət edən "De Beers" şirkəti ciddi dalana dirəndi. Şirkət qiymətləri yüksək saxlamaq üçün daşların bazara çıxışını qəsdən məhdudlaşdırır və süni qıtlıq yaradırdı, çünki anbarlardakı real həcm üzə çıxsa, bahalıq illüziyası dağılacaqdı.

Lakin Böyük Depressiya dövründə satışlar çökmüşdü. 1939-cu ildə ABŞ-da ilk dəfə ailə quran gəlinlərin cəmi 10 faizinə brilyant nişan üzüyü alınırdı, qalanları ya sadə qızıl halqa, ya da yaqut və sapfir seçirdi.

"De Beers" 1938-ci ildə Filadelfiyadakı "N.W. Ayer & Son" reklam agentliyinə müraciət edərək qeyri-adi tapşırıq verdi.

Konkret bir brendi deyil, birbaşa brilyant ideyasının özünü insanların şüurunda vazkeçilməz mədəni ehtiyaca çevirmək.

1947-ci ilin yorğun bir axşamında agentliyin kopirayteri Frensis Gereti kağız parçasına cəmi dörd söz yazdı:

"A Diamond is Forever" ("Brilyant əbədidir").

Bu şüarın arxasında romantikadan daha çox, bəşər tarixinin ən soyuqqanlı iqtisadi hesablaması dayanırdı. "De Beers" üçün ən böyük təhlükə rəqib mədənlər deyil, insanların əllərindəki köhnə brilyantları təkrar bazara çıxarması idi.

Əgər milyonlarla insan istifadə etdiyi üzüyü geri satmağa başlasa, bazar dolub-daşar və qiymətlər kəskin şəkildə çökərdi. "Əbədi" sözü məhz bu səbəbdən seçildi:

"Əgər brilyant ölməz sevginin rəmzidirsə, onu satmaq sevgiyə xəyanət etmək deməkdir."

Beləliklə, şirkət cəmi dörd sözlə milyonlarla insanı, daşları ömürlük saxlamağa, yəni təkrar satış bazarını öz əlləri ilə məhv etməyə razı saldı.

Ardınca kütləvi mədəni mühəndislik işə düşdü. Hollivud ulduzlarının barmaqlarına brilyant taxıldı, romantik filmlərə brilyantlı səhnələr yerləşdirildi.

Kişilərin şüuraltına isə sıfırdan uydurulmuş riyazi bir günahkarlıq düsturu yeridildi:

"Ciddi sevginin ölçüsü kişinin iki aylıq maaşı dəyərində üzük almasıdır. Kim bundan az xərcləyirsə, deməli, hissləri də kifayət qədər dərin deyil".

Bu psixoloji proqramlaşdırmanın gücünü Yaponiya nümunəsi bütün çılpaqlığı ilə göstərir. 1959-cu ilə qədər Yaponiyaya almaz idxalına belə icazə verilmirdi.

1967-ci ildə "De Beers" ölkədə kampaniyaya başlayanda yapon gəlinlərinin 5 faizindən azı brilyant üzük alırdı. Cəmi 14 il sonra, 1981-ci ildə bu göstərici 60 faizi keçdi. Bir reklam strategiyası 1500 illik yapon evlilik ənənəsini onillik ərzində dəyişdirdi. ABŞ-da isə 1990-cı ilə qədər nişan üzüklərinin 80 faizindən çoxu brilyant oldu.

Bu mifin nə qədər kövrək olduğunu yoxlamaq üçün uzun fəlsəfi mübahisəyə ehtiyac yoxdur, sadə bir təcrübə kifayətdir. Bu gün mağazadan bahalı bir brilyant üzük alıb, sabah geri satmağa çalışın. Eşidəcəyiniz qiymət sizə bir həqiqəti soyuq şəkildə sübut edəcək. Ödədiyiniz məbləğ nadir bir mineralın deyil, XX əsrin ən bahalı hekayəsinin haqqıdır.

Hekayənin ən kəskin ironiyası isə pərdə arxasında gizlənir.

"Brilyant əbədidir" cümləsi ilə bütün dünyanı əbədi sevginin qiymətinin bir daşla ölçüldüyünə inandıran Frensis Gereti ömrü boyu heç vaxt ailə qurmadı.

Mənbələr:

​Edward Jay Epstein, "Have You Ever Tried to Sell a Diamond?" (The Atlantic, 1982)

Courtney Sullivan, "How Diamonds Became Forever" (The New York Times, 2013)


r/aze_geeks • • 17h ago

Söhbət /Discussion Comment zəncirləri edək

3 Upvotes

Şəkillərlə giflərlə ya da normal yazı ilə fərq etməz


r/aze_geeks • • 1d ago

Söhbət /Discussion Edam məhkumu olsaydınız ən son yeyəcəyniz yemək nə olardı?

Post image
11 Upvotes

r/aze_geeks • • 21h ago

Study/Dərs Universitetdə niyə Törəməni daha çətin qayda ilə keçirlər?

Post image
5 Upvotes

Məktəbdəki həm qısa həm rahatdı


r/aze_geeks • • 1d ago

Life/Həyatdan Məktəbdə zorbalığa məruz qalıram, sizcə nə etməliyəm?

20 Upvotes

11-ci sinifdə oxuyuram. Məktəbdə bir uşaq var, demək olar ki, gücü çatdığı hamıyla zorbalıq edir. Özü hamıyla zarafat edir, amma kimsə onunla zarafat edəndə əsəbiləşib “gijdillaq, başını gedərəm, çənəni dağıdaram” kimi sözlər deyir.

Bu gün dərsdə partada oturmuşdum, gəlib dedi dur burdan, mən oturacam. Dedim get öz yerində otur da. Yenə israr elədi, mən durmadım. Sonra mənə hədələyici sözlər dedi, ayağıma da vurdu ki, çəkim. Mən yenə fikir vermədim.

Sonra fiziki tərbiyə dərsi oldu. Uşaqlar futbol oynayırdı, mən dostumla basketbol oynamaq istəyirdim. Müəllimdən basketbol topu istədik, amma həmin uşaq gəlib bizə qışqırdı ki, futbol oynayacağıq, burdan çıxın. Mən yenə fikir vermədim, topu götürüb basketbol oynamağa başladım.

Bir müddət sonra gəlib topun səsinin onu narahat etdiyini dedi. Yenə fikir vermədim. Sonra gəlib məni boğucuya saldı. Mən heç nə etmədim, çıxandan sonra topu götürüb yenə oynamağa davam etdim. O isə bundan sonra da gəlib-gedib söz atmağa davam etdi.

Müəllimə demək istəmirəm, çünki məktəbdə belə şeylərə görə adama suka, şikayətçi deyirlər. Dava da etmək istəmirəm, amma artıq bezdirir.

Sizcə, belə vəziyyətdə nə etmək lazımdır? Hər dəfə fikir verməyib yola vermək düzgündür, yoxsa başqa cür davranmalıyam?


r/aze_geeks • • 21h ago

Life/Həyatdan Münasibətdən sonra yaşananlar

2 Upvotes

Deməli bir ara qızla instagramlarımız birbirimizə vermişdik. Bu müddətdə öz gmail hesabımı əlavə etmişdim onun hesabına. Ayrılandan 1-2 gün sonra yadıma düşdü ki, gmailimi əlavə etmişdim, yoxlayım. Və budur, daxil oldum hesaba. Qısa müddətə özünə danışmağa birini tapmışdı...


r/aze_geeks • • 1d ago

Life/Həyatdan Bu haqsızlıqdan bezmişəm

15 Upvotes

Yoldaşlar deməli mən inşaat mühəndisliyini bitirmişəm artıq 2 ildi, əsgərlik də çəkmişəm. Əsgərlikdən sonra sayısız yerə Cv atmışam ama heç yer çağırmır üzümə belə baxmırlar minimum 2 ya da 3 il staj istəyirlər. Universiteti qurtarandan bəri qrup yoldaşlarımın əksəriyyəti iş tapdı hansı ki adam sayəsində. Kimnən soruşuram deyir tanış sayəsində girdim işə. O gün hələ bir qrup yoldaşımla şəhərdə rastlaşdım deyir harda işləyirsən deyirəm satış sahəsində fln gündə biryerdə deyirəm sən harda işləyirsən deyir inşaatda deyir nəcəb bir iş tapmamısan inşaat üzrə deyirəm sən necə iş tapdın deyir tanışım var idi. Yəni bu dialoq belə məncə hərşeyi açıqlıyır. Görəsən bu şirkətlər niyə belə edir axı. Niyə görə bu sahə bu qədər bədbaxtdır


r/aze_geeks • • 1d ago

Question/Sual Vəfat edən insanları Statusumuza qoymağımız düzgündür ?

13 Upvotes

Salam,Bu gün bacım vəfat edən gündür.Mən adım Çingizdir,16 yaşım var.Bacım mən 10 yaşında olanda xərçəngdən vəfat etdi.6 il əvvəl o gün çox duyğusuz idim.Sanki nələr baş verdiyini başa düşmürdüm ancağ 1 il sonra ölümü, həyatı dərk etdim.Onda bacıma olan sevgim ve həsrətim artdı.11 anam və atam bir-birindən ayrılandan sonra depressiyaya düşdüm.Ortanca Bacım məni psixoloğa aparmışdı.O gün həyatımdakı ən ağır ağlamağım idi ancağ bacımı heç vaxt statusa qoymağ istəmədim.Elə edən zaman sanki itirdiyimiz insanı göz qabağına qoyurmuş kimi hiss etdim.İtirdiyim insan var məni simpatiya,sevgi verin deyirmiş kimi gəlirdi bunu etmək.Digər tərəfdən mənim üçün çətin olan şey tez-tez ağlamağımdı özümdən asılı deyil.Anidən olur.Bu gün 3 dənə hazırlığım var və belə bir şeyin yaşanmasını istəmirəm.Mənə kömək edin.Məsləhət verin xaiş edirəm.


r/aze_geeks • • 1d ago

Life/Həyatdan Kənddən gələnlər niyə şəhərliləri geridə qoyur?

4 Upvotes

Niyə kənddən şəhərə köçən bəzi insanlar qısa müddətdə möhtəşəm həyat yaşayır, amma şəhərdə doğulub böyüyən insanlar eyni lüksə illərlə nail ola bilmirlər?
Tanıdığım bir çox kəndli qız var. Bakıya köçdükdən cəmi 2-3 il ərzində şəhərdə doğulub böyüyən insanların 20 ilə əldə edə bilmədiyi populyarlığa, pula, lüks evlərə, avtomobillərə və yüksək səviyyəli çevrəyə sahib oldular. Halbuki kənddə olduqları vaxt daha kasıb, sıradan və məhdud imkanlarla yaşayan insanlar idilər. Bakıdaki kimi gözel qebul edilmirdiler Bu fərq məni həqiqətən düşündürür sebebi nedir,fikir versəniz Çox məhşurlar (Tiktoker,Bloger,Müğenni) və vəzifəlilər də kəntdən gələnlərdi


r/aze_geeks • • 1d ago

Question/Sual Italia

3 Upvotes

Any azerbaijani living in Italy here? How is the life? Socialisation? Jobs? Im always hearing negative comments but I still see people going to italy for uni and then staying for job. Just wondering whether its just too polarised here


r/aze_geeks • • 1d ago

Question/Sual Purchasing PlayStation 5 Pro

2 Upvotes

Does anyone have any idea how can I get my hands on a brand new PS5 Pro in Baku at MSRP? Cheapest one I could find locally costs 2.799 in PlayRoom. Freight forwarding is not an option too, at least for now, since it is out of stock everywhere