r/aze_geeks • u/Practical_Ad5579 • 16h ago
r/aze_geeks • u/noproblemop • 3h ago
Life/Həyatdan mənə iştah kəsən dərman lazımdır
çox şirniyyat yeyirəm (kök deyiləm)bilirəm sağlamlığına ziyandır amma bağımlı olmuşam və tərgitə də bilmirəm bunun üçün şirniyyata olan iştahimi kəsmək istəyirəm ən azı 2 ay yeməyim
r/aze_geeks • u/Dapper-Station-7859 • 1h ago
Life/Həyatdan Dost tərəfindən ghostlanma
Deməli, mənim yaxın bir podruqam var. Sosial madiadan tanışsaq da, neçə dəfə görüşmüşük və xasiyyətimiz çox yaxşı tutur. Keçən həftənin əvvəli aramızda heç bir problem olmadığı halda bu qız mesajlarıma cavab verməməyə başladı. Məndə olan bütün sosial media hesablarından özünə yazsam da, heç birinə cavab verməyib, amma tiktok və instagramda yeni videolar repostladığını görürəm. Köhnə mesajları da oxudum ki, bəlkə istəmədən xətrinə dəymişəm, amma yox, arada onu incidəcək heç nə olmayıb. Belə vəziyyətdə nə edim?
r/aze_geeks • u/Happy-Window-7292 • 2h ago
Söhbət /Discussion Xoşbəxt deiləm
Xoşbəxt deiləm eee heç neyniyirəmsə xoşbəxt olammıram kömək eliyin məni xoşbəxt eliyindəəəəəə
r/aze_geeks • u/Consistent-Cellist53 • 2h ago
Söhbət /Discussion Azerbaycan dilinde maariflendirici kontent
Sizce, Azerbaycan dilinde keyfiyyetli elmi-populyar kontent kifayet qederdirmi?
Meselen, tarix, arxeologiya ve qedim medeniyyetler haqqinda maragli videolar hazirlayan sehifelere ne derecede maraq var?
Bu yaxinlarda Cay Saati adli bir sehifeye rast geldim. Maraqlidir, izleyenler var? Fikirleriniz necedir?
r/aze_geeks
•
u/noproblemop
•
12h ago
Life/Həyatdan Crush olduğum oğlan gay çıxdı
Bir müddətdir bu oğlandan xoşum gəlirdi. Xarakteri, davranışları, cox zor idi Ən çox da digərlərinə oxşamaması diqqətimi çəkmişdi. Bir az soyuq
özünəməxsus idi, heç kimə uyğunlaşmağa çalışmırdi bunla danisirdiq bir muddet sonra təsadüfen gay oldugunu oyrendim .cox meyus oldum. Ən çox da uzun müddətdən sonra kiməsə qarşı yaranan marağımın belə bitməsi məni çox pis hiss etdirir. Onunla danışmaq belə istəmirəm artiq. çox qeribe hiss etdirir. ede biləcəyim hec bir sey yoxudr
ele bele hisslerimi bölüşmek istedim..
r/aze_geeks • u/No_Staff_7246 • 15h ago
Söhbət /Discussion Burada 3000 dən yuxarı qazanan var?
Bilmək istərdim hansı sahə üzrə işləyirsiz, mən özüm yeni məzunam amma iş tapa bilmirəm IT üzrə, öz sahənizi tövsiyə görərdinizmi səmimi olsaq
r/aze_geeks • u/rbaratli59 • 1h ago
Comics/Komiks DARK HORSE COMİCS
İnsanlar elə fikirləşir ki, dünyada yalnız iki böyük komiks şirkəti (Marvel və DC) var.
Əslində isə Amerikada bu iki nəhəngin monopoliyasını qıran, superqəhrəman qəliblərindən kənara çıxan və kinoteatrlarda izlədiyimiz onlarla əfsanəni dünyaya bəxş edən güclü müstəqil nəşriyyatlar mövcuddur.
"Image Comics"dən belə altı il əvvəl meydana çıxaraq bu sistemə ilk ciddi zərbəni vuran isə "Dark Horse Comics" olub.
Hər şey 1986-cı ildə Oreqon ştatında komiks mağazaları şəbəkəsinin sahibi Mayk Riçardsonun riskli qərarı ilə başladı. O dövrdə Marvel və DC sərt korporativ qaydalarla işləyirdi.
Yazıçılar və rəssamlar unudulmaz obrazlar yaradırdılar, amma həmin personajların bütün hüquqları şirkətə qalırdı.
Riçardson mağazalarından qazandığı gəlirlə tam əks bir model qurdu. "Dark Horse" müəlliflərə o vaxt üçün inqilabi sayılan tək bir vəd verdi: yaratdığınız dünyaların sahibi özünüz olacaqsınız və hekayənizə korporativ senzura müdaxilə etməyəcək.
Bu yaradıcı azadlıq dövrün ən üsyankar müəlliflərini maqnit kimi özünə çəkdi. Çoxları kinoda və televiziyada heyranlıqla izlədiyi məşhur əsərlərin əslində nə Marvelə, nə də DC-yə aid olmadığını bilmir.
"Dark Horse Comics" adaptasiyaları olan ən yaxşı işlər
- Sin City - Frank Miller
- 300 - Frank Miller
- Hellboy - Mike Mignola
- The Mask - John Arcudi
- Polar - Victor Santos
- The Umbrella Acadmey - Gerard Way, Gabriel Ba
- Dark Matter - Joseph Mallozi
və s. məhz "Dark Horse"un səhifələrində doğulub.
"Dark Horse"un sənayedə yaratdığı ikinci böyük dəyişiklik isə lisenziyalı kino və oyun komikslərinə yanaşması oldu. 1980-ci illərin sonuna qədər filmlər əsasında çəkilən komikslər ucuz reklam vasitəsi kimi görülürdü.
"Dark Horse" bu stereotipi dağıdaraq "Aliens", "Predator", uzun illər ərzində "Star Wars", daha sonra isə "The Witcher" və "Avatar: The Last Airbender" kimi kainatlara ciddi ədəbi dərinlik qazandırdı.
Hətta Hollivudun sonradan filmlərini çəkdiyi məşhur "Aliens vs. Predator" qarşıdurması ilk dəfə kino studiyalarında yox, məhz "Dark Horse" komikslərində yaradılıb. Eyni zamanda şirkət Qərb oxucusunu Yaponiya manqa mədəniyyəti ilə tanış edən əsas qapılardan biri oldu; "Berserk", "Hellsing" və "Lone Wolf and Cub" kimi əfsanələr ingilisdilli dünyaya onların sayəsində yayıldı.
Marvel və DC kainatlarının ən böyük paradoksu sonsuzluqdur. Betmen və ya Hörümçək-adam heç vaxt həqiqətən ölə, qocala və ya hekayəsini bitirə bilməz, çünki onlar korporasiyaların əbədi gəlir mənbəyidir. "Dark Horse" isə komiks oxucusuna unutduğu bir hissi geri qaytardı: real təhlükə və gerçək sonluq. Orada bir qəhrəman ölürsə, növbəti ay paralel kainatdan geri qaytarılmır, hekayə satış rəqəmlərinə görə deyil, müəllifin vicdanına və istəyinə görə tamamlanır.
İngilis dilində "dark horse" ifadəsi yarışda heç kimin favorit saymadığı, kölgədə qalan, amma finiş xəttində hamını təəccübləndirərək qalib gələn at mənasını verir. Mayk Riçardson 40 il əvvəl bu adı təsadüfən seçməmişdi. İki nəhəngin kölgəsində başlayan kiçik bir üsyan bu gün pop-mədəniyyətin ən qaranlıq, ən azad və ən orijinal yarışını formalaşdırıb.
r/aze_geeks • u/PriorityGullible9326 • 19h ago
Question/Sual Avropada magistr tehsili almaq
salam,unecde menecment tehsili alan 3cü kurs telebesi olaraq yazıram.
meqsedim bakalavr diplomunun yanına avropa universitetlerinin birinden magistr diplomu elave etmekdi.onu da qeyd edim ki,pulsuz teqüdle oxumaq isteyirem.amma demek olar ki, melumatsızam.haradan melumat elde ede bilerem?hansı ölke ve ya teqüd proqramı mene uyğun olar?en esası hansı telebleri yerine yetirmeliyem ve ümumi proses hansı ardıcıllıqda olur.
>elave melumat kimi qeyd edim;ingilis dilim çox yaxşıdır onunla (yeni IELTS ile) bağlı problemim yoxdur.
r/aze_geeks • u/AIrobbedMyJobMFAI • 21h ago
Söhbət /Discussion Petrol sektorunda (BP/SLB/HALliburton ves.) isleyen tecrubeli insanlar melumat verebilersiniz mi ?
r/aze_geeks • u/jero2511 • 22h ago
Tech/Texnologiya Bakida ucuz yaxsi notebook tukani bilen var? Kreditede versin.
r/aze_geeks • u/FalconhoofTravel • 22h ago
Söhbət /Discussion Google VAT
Bu ədvni ləğv eləmədilər? 15% tutur hələdə.
Bir dəfə tutdu, amma 2 gün sonra bir də ödəniş etdim, bu dəfə tutmadı. Banka yazdım, onlarda məndən soruşurki tutmalıdır ya yox
r/azerbaijanda qoz qoyan olmadı deyə Reddit deyir burda soruş
r/aze_geeks • u/gladiator81491 • 23h ago
Games/Oyunlar minecraft oyunculari lazimdi
salam, mc oyuncular axtariram azede bilirem coxdu amma busefer meqsedim ferglidi, boyuk build proyektler hazirlamaq isteyirem lakin tek maraqsiz olur saatlarla blok qaz blok qoy sıxılır adam, hem builder komekci hemde türkler demisken yaxsı kafa dengi adamlar olsa yaxşı olar bele 2-3 alınsa lap çox adam 5 6 əla olardı. birdr gelecek olanların minecraft bilgisi çox olsa lap da gözəl olardı, ən çox farm texniki biliyi lazım olacaq. maraqlananlar varsa yazın başlıyaq